...

Oqtay Əsədov: Aparıcı təşkilatlar Azərbaycanda aparılan sosial islahatları yüksək qiymətləndirir

Siyasət Materials 15 Mart 2019 12:21 (UTC +04:00)
Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib
Oqtay Əsədov: Aparıcı təşkilatlar Azərbaycanda aparılan sosial islahatları yüksək qiymətləndirir

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub. Ölkə başçısnın Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu.

Trend-in məlumatına görə, bunu Milli məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, bu islahatların nəticələri göz qarşısındadır: "Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib. Cari ilin əvvəlində minimum əməkhaqqı, təqaüd və pensiyaların artırılması, eləcə də sosial məsələlərin həlli həyata keçirilən siyasətin nəticəsidir. Aparıcı təşkilatlar bu islahatları yüksək qiymətləndirir. Dünya Bankının hesabatında ölkəmiz əvvəlki illərlə müqayisədə 22 pillə irəliləyib. Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Aqrar sahəyə diqqət daha da artırılıb. Valyuta ehtiyatları ötən il 45 milyarda çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti