...

Hikmət Hacıyev: Azərbaycanın çox uğurlu regional əməkdaşlıq modeli tərəfdaşların, qonşuların da maraqlarına xidmət edir

Siyasət Materials 16 Mart 2019 15:43 (UTC +04:00)
Azərbaycanın çox uğurlu regional əməkdaşlıq modeli tərəfdaşların, qonşuların da maraqlarına xidmət edir.
Hikmət Hacıyev: Azərbaycanın çox uğurlu regional əməkdaşlıq modeli tərəfdaşların, qonşuların da maraqlarına xidmət edir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan çox uğurlu regional əməkdaşlıq modeli qurub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu model səmərəli əməkdaşlığa əsaslanır: “Bu, Azərbaycanın maraqlarına xidmət etməklə bərabər, bizim tərəfdaşlarımızın, qonşularımızın maraqlarına da xidmət edir. Burada biz nəqliyyat dəhlizlərini, enerji layihələrini qeyd edə bilərik".

Administrasiya rəsmisi əlavə edib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistandır: "Ermənistanın indiki hakimiyyəti iqtisadi islahatlar həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq mehriban qonşuluq siyasəti həyata keçirməlidir”.

H.Hacıyev vurğulayıb ki, status-kvo dəyişdirilməlidir: “Azərbaycanın münaqişənin həlli ilə bağlı nümayiş etdirdiyi konstruktiv mövqe də xüsusi olaraq təqdir edilir”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatına toxunan PA rəsmisi qeyd edib ki, danışıqlar formatı dəyişdirilə bilməz: "Bu danışıqlar məhz Ermənistanla Azərbaycan arasında aparılır. Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyi, Qlobal Bakı Forumun açılışında dövlət başçısı tərəfindən bir daha bəyan edildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti