...

Azərbaycan Prezidenti: Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik

Siyasət Materials 20 Mart 2019 10:36 (UTC +04:00)
Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik.
Azərbaycan Prezidenti: Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik

Bakı. Trend:

Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan öz hərbi gücünü artırır: “Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır:

“Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti