...

MSK sədri: Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur

Siyasət Materials 22 Yanvar 2020 12:42 (UTC +04:00)
Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur.
MSK sədri: Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

Sosial şəbəkələr cəmiyyətimizin ayrlmaz bir hissəsinə çevrilib. Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə deyib. Onun sözlərinə görə, dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

M.Pənahov vurğulayıb ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Biz dairə seçki komissiyasının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı ortaya çıxır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti