...

DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 20 Fevral 2020 14:52 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib.
DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 13:54-də yayımlanıb

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib.

DTX İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti