...

Heydər Əliyev Mərkəzindən Ümumdünya Səhiyyə Təşkilatına həmrəylik mesajı (VİDEO)

Siyasət Materials 16 Aprel 2020 23:47 (UTC +04:00)
Heydər Əliyev Mərkəzindən Ümumdünya Səhiyyə Təşkilatına həmrəylik mesajı (VİDEO)

Bakı. Trend:

Aprelin 16-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Ümumdünya Səhiyyə Təşkilatının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə beynəlxalq birliklə həmrəyliyi nümayiş olunub. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərər çəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstan və Avropa İttifaqının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti