...

Tovuz Diaqnostika və Hemodializ Mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub (FOTO)

Siyasət Materials 9 May 2020 15:13 (UTC +04:00)
Tovuz Diaqnostika və Hemodializ Mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub (FOTO)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tovuz rayonu da qoşulub.

Trend-in məlumatına görə, bu məqsədlə Tovuz Diaqnostika və Hemodializ Mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və könüllülər iştirak ediblər. Aksiya iştirakçıları razılıqla qeyd etmişlər ki, hər zaman humanist, xeyirxah təşəbbüslərin müəllifi olan hörmətli Mehriban xanım Əliyevanın qana ehtiyacı olan insanlar üçün belə bir çağırış etməsi də cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bugünkü aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiya xəstələrinə yardım məqsədi daşıyır.

Tibb işçiləri həmin aksiyanı mütəşəkkil keçirmək üçün həkim hematoloqlar tərfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Donorlar belə humanist aksiyanın keçirilməsindən bir daha razılıqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti