...

Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 9 İyun 2020 17:08 (UTC +04:00)
Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Pərvin Kərimzadə növbəti dəfə seçiciləri ilə görüşüb. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə millət vəkili seçicilərin arzu və təklifləri dinləyib, problemləri ilə maraqlanıb.

Trend-in məlumatına görə, qəbula gələn vətəndaşların müraciəti əsasən məşğulluq, təhsil haqqı, sosial, hüquqi və tibbi yardımla bağlı olub.

Hər bir vətəndaşın probleminə həssaslıqla yanaşan Pərvin Kərimzadə məsəlnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atıb. Deputata ünvanlanmış müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Görüşdə, eyni zamanda Pərvin Kərimzadə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən görülən tədbirlər barədə də seçicilərə məlumat verib, hər bir seçicini ölkəmizin və dünyanın sağlamlığı naminə Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələb və qadağalara əməl etməyə çağırıb.

Qeyd edək ki, millət vəkili Pərvin Kərimzadənin seçicilərlə görüşü mütəmadi xarakter alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti