...

Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü (VİDEO)

Siyasət Materials 14 İyun 2020 14:10 (UTC +04:00)
Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü (VİDEO)

Bakı. Trend:

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti Rusiyaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti