...

XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub

Siyasət Materials 23 İyul 2020 13:36 (UTC +04:00)
XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub

Bakı. Asif Mehman - Trend:

Bizdə tam dəqiq məlumatlar var idi ki, Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı söyləyib.

Onun sözlərinə görə, səfirliklər vasitəsilə təmasları davam etdirilir. Hazırda Serbiya tərəfində bu məsələnin araşdırılması məsələsi başlanılıb. Bununla bağlı Azərbaycana rəsmi izahat veriləcək:

"Biz bu addımların atılmasına gətirib çıxaran məsələləri bilmək istəyirik. Bu məsələnin gündəlikdə olan həssas məsələ olduğunu qeyd etmək istəyirik. Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində aparılan tədqiqatlar göstərdi ki, mülki vətəndaşlara, Azərbaycan ordusuna atılan silahlar Serbiya istehsalıdır. Əlbətdə ki, silah istehsal edən ölkə bu silahın istifadəsinə və hansı ölkəyə satılması məsələlərinə görə məsuliyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti