...

Ermənilərin Avropadakı təxribatları nəyə hesablanıb? - Mövzu AzTV-nin “Hədəf”ində

Siyasət Materials 24 İyul 2020 18:08 (UTC +04:00)
Ermənilərin Avropadakı təxribatları nəyə hesablanıb? - Mövzu AzTV-nin “Hədəf”ində

Bakı. Trend:

Avropada və Amerika Birləşmiş Ştatlarında təxribatçı erməni qüvvələrinin aqressiv davranışları, xüsusilə Azərbaycan diplomatik nümayəndəliklərini hədəfə almaları, onların dinc aksiya keçirən soydaşlarımıza qarşı təxribatlar törətməsi bu gün Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində müzakirə olunub.

Trend-in məlumatına görə, verilişin qonaqları Milli Məclisin deputatı Rasim Musabəyov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov olub. Onlar aşağıdakı suallara cavab verərək, məsələni şərh ediblər:

  • Erməni təxribatları nəyə hesablanıb, aqressiv hərəkətlərdə məqsəd nədir?
  • Bu faktlara beynəlxalq ictimaiyyət hansı reaksiyanı verməlidir?

Belçikadakı Azərbaycan Mədəniyyət Mərkəzinin İdarə heyətinin üzvü Aynur Bəşirova Skype-la “Hədəf”in canlı efirinə bağlanaraq, ölkədəki son vəziyyəti çatdırıb.

Qeyd edək ki, erməni təxribatçıları Belçikada azərbaycanlılara hücum edərək, həmyerlilərimizə ağır xəsarətlər yetiriblər. Ermənilərdən bir neçəsi Belçika hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Hədəf”ə AzTV-nin rəsmi “YouTube” səhifəsindən də https://www.youtube.com/watch?v=FWh9bpM44w4&feature=youtu.be baxa bilərsiniz:

https://www.instagram.com/aztvresmi/?hl=ru

http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti