...

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)

Siyasət Materials 13 Avqust 2020 16:02 (UTC +04:00)
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, videokonfransda iştirakçı dövlətlərin nümayəndələrinə müsabiqəyə hazırlıq haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etməyəcək.

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin cari ilin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti