...

Komitənin sədr müavini: Ermənistan həmişə İsrailə qarşı fəaliyyətlə məşğul olub

Siyasət Materials 3 Oktyabr 2020 12:58 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

İstər Ermənistan, istərsə də erməni diasporu nə İsrail dövləti nə də ki, yəhudi diasporu ilə münasibətlərində heç vaxt səmimi olmayıb, həmişə İsrail dövlətinə qarşı fəaliyyətlə məşğul olub və onlarda antisemitizm hissləri tarixən güclü olub.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Ermənistanın İsraildən öz səfirini geri çağırması, son zamanlar Ermənistanda anti-semitizm əhval ruhiyyəsinin daha da güclənməsi ilə bağlı Trend-in sualını cavablandırarkən deyib.

E.Əliyevin sözlərinə görə, unutmaq lazım deyil ki, 20-ci əsrin əvvələrində ermənilər Qubada yəhudilərə qarşı soyqrımda da iştirak ediblər:

"Ermənistanın İsraildə bu il tələsik olaraq səfirlik açmasının da səbəbi iki dövlət arasında əlaqələrin inkişafı deyil, əksinə Azərbaycan və İsrail arasında münasibətləri pisləşdirmək üçün atılmış bir gedişat idi.

Ona görə də cəbhədəki ağır məğlubiyyətlə üzləşən Ermənistan bu münasibətləri dərhal kəsmək qərarına gəldi. Eyni zamanda onu da əlavə edim ki, Ermənistanda yəhudi xalqının heç bir nümayəndəsi olmadığı halda Azərbaycanda onların sayı on minlərlədir və onlar Azərbaycan dövlətini həm ölkəmizdə, həm də diaspor olaraq dünyada daim dəstəkləyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti