...

Ərəb jurnalist: Bütün Livan erməniləri hərb işini yaxşı öyrənib

Siyasət Materials 20 Sentyabr 2020 14:14 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistan cəbhədə ardıcıl təxribatlar törədmək də davam edir.

Regiondakı bütün beynəlxalq layihələrdən kənarda qaldığını anlayan Ermənistan hakmiyyəti regionda sülhün olmasında maraqlı deyil.

Ərəb araşdırmaçı jurnalist, Cənubi Qafqaz üzrə ekspert Əbdül-Həmid Qutub Trend-ə açıqlamasında bildirib ki, Paşinyanın yeni müharibəyə hazırlaşmasını sübut edən faktlardan birincisi də Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə yaxşı təlim keçmiş erməni silahlılarını köçürməsidir:

"Təxminən bütün Livan erməniləri hərb işini yaxşı öyrənib və sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş "ailələr" arasında dəstələr yaratmaq, şəhər və dağ landşaftı şəraitində döyüş əməliyyatları keçirmək bacarıqlarına malik təcrübəli erməni silahlılarının sayı az deyil.

Bu barədə az adam yazsa da, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilər təkcə Livan və Suriyadan köçürülmür: "Vaxtilə Misir ermənilərinin də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi hazırlıq keçməsi barədə sənədli faktlar mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti