...

Hikmət Hacıyev: Ermənistanın Gəncəni ağır artilleriyadan atəşə tutmasını vandallıq və barbarlıq kimi qiymətləndiririk

Siyasət Materials 12 Oktyabr 2020 14:46 (UTC +04:00)
Hikmət Hacıyev: Ermənistanın Gəncəni ağır artilleriyadan atəşə tutmasını vandallıq və barbarlıq kimi qiymətləndiririk

Bakı. Trend:

“SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir.

Trend-in məlumatına görə, bunu Gəncədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, belə böyük dağıdıcı gücə malik raketi atan Ermənistanın siyasi-hərbi rəhbərliyi bunun necə təsir doğuracağını çox gözəl bilir:

"Bunu niyyətli şəkildə etmək onların əsl mahiyyətini göstərir. Gördüyünüz kimi, bu ərazidə hər hansı bir hərbi obyekt, hər hansı bir hərbi zərurət də yoxdur. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti