...

Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir

Siyasət Materials 25 Oktyabr 2020 21:33 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir

Bakı. Trend:

Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə deyib.

Dövlət başçısı bildirib:

"İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti