...

Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Oktyabr 2020 11:37 (UTC +04:00)
Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və Azərbaycandakı xarici diplomatlar Bərdədir.

XXX

09:25

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

H.Hacıyev bildirib: “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti