...

Dağlıq Qarabağ məsələsində siz yerdən göyə qədər haqlısınız - Binəli Yıldırım

Siyasət Materials 2 Noyabr 2020 15:04 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsində siz yerdən göyə qədər haqlısınız - Binəli Yıldırım

Bakı. Trend:

Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız.

Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib.

Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti