...

Dağlıq Qarabağdakı dinc əhali erməni ordusuna qarşı duracaq - Hadisələrin təhlili

Siyasət Materials 3 Noyabr 2020 10:16 (UTC +04:00)
Dağlıq Qarabağdakı dinc əhali erməni ordusuna qarşı duracaq - Hadisələrin təhlili

Bakı. İlhamə İsabalayeva – Trend:

Hadisələrin gedişatı onu göstərir ki, Dağlıq Qarabağdakı dinc əhali erməni ordusuna, erməni əsgərinə qarşı duracaq. Bir sözlə, Ermənistanı acı bir aqibət gözləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası bu ölkəyə böyük fəlakət gətirib:

"Onlar Qafqazda sabitliyi pozmaqda davam edirlər. Mən inanmıram ki, belə bir hökumət o cür dağıntılara, qanunsuzluqlara, vəhşiliklərə yol verdiyi üçün Ermənistanın idarəetmə strukturunda öz siyasi mövqeyini qoruyub saxlaya bilsin. Dağlıq Qarabağda Azərbaycanın qələbəsi tam təmin olunacaq və bu, Ermənistanda Paşinyan rejiminin bütünlüklə çökməsinə səbəb olacaq. Erməni xalqı da ayılıb öz həyatını yenidən qurmağa məcbur olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti