...

Müdafiə naziri Türkiyəyə yola düşüb

Siyasət Materials 11 Fevral 2021 10:23 (UTC +04:00)
Müdafiə naziri Türkiyəyə yola düşüb

Bakı. Trend:

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.

Xəbər lenti

Xəbər lenti