...

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Siyasət Materials 15 Mart 2021 09:54 (UTC +04:00)
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası vaxtı məlum olub.

Trend-in məlumatına görə, növbəti iclasın martın 17-də keçirilməsi nəzərdə tutulur.

Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.

Komissiya iclaslarının bu həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti