...

Ermənistanın cəzasızlığına son qoyulmalıdır - Nazir

Siyasət Materials 31 Mart 2021 11:29 (UTC +04:00)
Ermənistanın cəzasızlığına son qoyulmalıdır - Nazir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tvitterdə paylaşım edib.

Trend-in məlumatına görə, nazir qeyd edib:

"Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistanın tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.

Xəbər lenti

Xəbər lenti