...

Rusiya XİN başçısı qırğız və tacik həmkarları ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Siyasət Materials 1 May 2021 20:16 (UTC +04:00)
Rusiya XİN başçısı qırğız və tacik həmkarları ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Bakı. Trend:

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirləri Ruslan Kazakbaev və Sirociddin Muhriddin ilə telefon danışıqları aparıb və tərəflərin Qırğızıstan-Tacikistan sərhədində tənzimləmə barədə razılaşmalarını məmnuniyyətlə qarşılayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

"Rusiya Qırğızıstan və Tacikistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq bu prosesə bütün lazımi köməyi göstərməyə davam etməyə hazırdır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti