...

Ceyhun Bayramov işgüzar səfərlə Avstriyaya yola düşüb

Siyasət Materials 25 May 2021 08:39 (UTC +04:00)
Ceyhun Bayramov işgüzar səfərlə Avstriyaya yola düşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti