...

Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb

Siyasət Materials 28 May 2021 11:12 (UTC +04:00)
Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb

Bakı. Trend:

Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib. Görüş zamanı R.Qolovçenko Azərbaycanın Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.

Gün ərzində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iclas iştirakçılarını qəbul edəcəyi gözlənilir. Daha sonra isə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti