...

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün hərtərəfli məlumat mübadiləsi aparmaq lazımdır - Aİ xüsusi nümayəndəsi

Siyasət Materials 5 İyun 2021 11:49 (UTC +04:00)
Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün hərtərəfli məlumat mübadiləsi aparmaq lazımdır - Aİ xüsusi nümayəndəsi

Bakı. Trend:

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin minalardan daha səmərəli təmizlənməsi üçün hərtərəfli məlumat mübadiləsi aparmaq lazımdır.

Trend-in məlumata görə, bu barədə Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Toivo Klaar öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "Dünən Kəlbəcərdə faciə baş verdi. Azərbaycanlı dinc sakinlər həlak oldu və yaralandı. Ərazilərin minalardan daha səmərəli təmizlənməsi və yeni qurbanların olmaması üçün hərtərəfli məlumat mübadiləsi aparmaq lazımdır".

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti