...

ABŞ və Türkiyə prezidentləri Qarabağı müzakirə edəcəklər

Siyasət Materials 7 İyun 2021 23:42 (UTC +04:00)
ABŞ və Türkiyə prezidentləri Qarabağı  müzakirə edəcəklər

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağı müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.

O, qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti