...

Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

Siyasət Materials 14 İyun 2021 14:20 (UTC +04:00)
Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu

Əliyev Arif Ağalar oğlu

İbrahimov Məhərrəm Əli oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti