...

Rus sülhməramlıları Qarabağda sülh və təhlükəsizliyə etibarlı zəmanət verirlər - Putin

Siyasət Materials 23 İyun 2021 10:51 (UTC +04:00)
Rus sülhməramlıları Qarabağda sülh və təhlükəsizliyə etibarlı zəmanət verirlər - Putin

Bakı. Trend:

Rusiyanın həlledici töhfəsi ilə Qarabağda münaqişə dayandırıldı. Rus sülhməramlıları bölgədə sülhə və təhlükəsizliyə etibarlı zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına videomüraciətində bildirib:

"Rusiya qonşu ölkələrin təhlükəsizliyi və firavanlığı üçün üzərinə düşən məsuliyyəti heç vaxt unutmur. Regional münaqişələrin qarşısının alınması, ortaq qitəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməyə davam etmək niyyətindəyik"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti