...

Ədliyyə Nazirliyi minalarla bağlı beynəlxalq təşkilatlara müraciət edib

Siyasət Materials 30 İyun 2021 20:22 (UTC +04:00)
Ədliyyə Nazirliyi minalarla bağlı beynəlxalq təşkilatlara müraciət edib

Bakı. Trend:

Ədliyyə Nazirliyi minalarla bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Trend-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında deyilib.

Qeyd edilib ki, nazirlik bu il bir sıra mötəbər beynəlxalq forumlarda iştirak edib:

"Bu zaman Ermənistanın qanunsuz əməlləri, xüsusilə azad edilmiş torpaqlarımızda işğal dövründə quraşdırdıqları mina xəritələrini verməsi ilə bağlı çağırışların edildiyi, həmçinin xarici ölkələrin ədliyyə nazirlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığı diqqətə çatdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti