...

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Siyasət Materials 9 Avqust 2021 23:04 (UTC +04:00)
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Bakı. Trend:

Bu gün saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti