...

Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO)

Siyasət Materials 11 Avqust 2021 14:25 (UTC +04:00)
Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti