...

Özbəkistanda dairə seçki komissiyalarının sədrlərinə vəsiqələr təqdim edilib

Siyasət Materials 19 Avqust 2021 20:34 (UTC +04:00)
Özbəkistanda dairə seçki komissiyalarının sədrlərinə vəsiqələr təqdim edilib

Bakı. Trend:

Özbəkistan prezidenti seçkilərində dairə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş seçki komissiyaları üzvlərinin ixtisasartırma təliminin təşkili konsepsiyası əsasında Dövlət İdarəçilik Akademiyasında iki günlük seminar keçirilib.

Trend-in "Dunyo"ya istinadən xəbər verir ki, təlimlərdə 266 dairə seçki komissiyası sədri, onların müavinləri, katibləri və üzvləri iştirak ediblər. Onlar üçün dairə seçki komissiyalarının fəaliyyətinin təşkili, dairə və məntəqə seçki komissiyalarının binalarının, eləcə də səsvermə otaqlarının təchiz edilməsi, Özbəkistan prezidentinin seçilməsi üçün konstitusiya və hüquqi çərçivə, səlahiyyət və vəzifələri, seçici siyahıları ilə işləmək və digər mövzularda məşğələlər keçirilib.

Avqustun 19-da MSK-da 14 dairə seçki komissiyasının sədrlərinə Özbəkistan prezidentinin seçilməsi üçün dairə seçki komissiyalarının möhürləri olan vəsiqələr təqdim edilib.

Seçki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq, Özbəkistan prezidenti seçkiləri üzrə dairə seçki komissiyası seçkilərə ən azı yetmiş gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılır. Komissiya sədr, sədr müavini, katib və səkkizdən on səkkizə digər komissiya üzvündən ibarətdir.

Dairə seçki komissiyasının üzvləri ictimaiyyətin nüfuzlu nümayəndələri aralaından təsdiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti