...

Ərdoğan və Conson Əfqanıstanı müzakirə ediblər

Siyasət Materials 22 Avqust 2021 21:30 (UTC +04:00)
Ərdoğan və Conson Əfqanıstanı müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Trend məlumatına görə, Britaniyanın hökumət başçısı Türkiyə lideri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.

Söhbət əsnasında Rəcəb Tayyib Ərdoğan uyğun şərait yaradılacağı təqdirdə Türkiyənin Kabul hava limanının təhlükəsizliyinin təmin edilməsindən məsul olmağa davam edə biləcəyini qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, hazırda Əfqanıstanda Türkiyənin prioriteti vətəndaşlarının bu ölkədən təxliyə edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti