...

Ermənistanın Nazirlər Kabineti Azərbaycanla sərhədlərin delimitasiyasının vacib olduğunu bildirib

Siyasət Materials 26 Avqust 2021 14:43 (UTC +04:00)
Ermənistanın Nazirlər Kabineti Azərbaycanla sərhədlərin delimitasiyasının vacib olduğunu bildirib

Bakı. Trend:

Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası bölgədə sabitlik mühitinin formalaşmasında mühüm amillərdir.

Trend-in məlumatına görə, bu barədə Ermənistan parlamenti tərəfindən təsdiqlənən Ermənistanın yeni hökumətinin qəbul etdiyi sənəddə deyilir.

Sənəddə qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmağın hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcəyi də vurğulanıb:

"Düşmənçiliyin kəskinləşməsi bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhlükə yaradır. Azərbaycan ilə sərhədlərin demarkasiya və delimitasiyası sabit bir regional atmosferin formalaşması üçün əhəmiyyətli olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti