...

Zelenski və Baydenin görüşü sentyabrın 1-nə təxirə salınıb

Siyasət Materials 30 Avqust 2021 02:07 (UTC +04:00)
Zelenski və Baydenin görüşü sentyabrın 1-nə təxirə salınıb

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ lideri Cozef Baydenlə görüşü avqustun 31-də olmayacaq.

Trend-in məlumatına görə, iki dövlət başçısının danışıqları məlum səbəblərdən təxirə salınıb.

Bildirilir ki, Zelenskiy və Bayden sentyabrın 1-də görüşəcək.

Görüşün təxirə salınmasını Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib. Onun sözlərinə görə, bu, Əfqanıstandakı vəziyyətlə bağlıdır: "Prezidentlərin 31 avqustda deyil, 1 sentyabrda görüşmək barədə qərarı tamamilə protokoldur və digər şeylərlə yanaşı Əfqanıstandan təxliyə prosedurlarının son günü olması ilə izah olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti