...

Azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb, araşdırmalar aparılır - Nazir müavini

Siyasət Materials 30 Avqust 2021 10:17 (UTC +04:00)
Azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb, araşdırmalar aparılır - Nazir müavini

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavininin sözlərinə görə, həmin məzarlıqlardakı cəsədlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır.

E.Məmmədov qeyd edib ki, Ermənistan Birinci Qarabağ müharibəsində çox geniş şəkildə girovların götürülməsi praktikasından istifadə edib.

O qeyd edib ki, girov götürülmüş şəxslərin sağ olması ilə bağlı narahatlıq var:

“Azərbaycan vətəndaşı olan insanlarla bağlı aparılan təhqiqatlar onu göstərir ki, azərbaycanlı əsirlər işgəncələrə məruz qalır, olduqca pis şəraitdə saxlanılır. Onların aqibətinin qeyri-müəyyən olması bizdə narahatlıq yaradır”.

Twitter: @ElchinMehdiyev

Xəbər lenti

Xəbər lenti