...

Şadam ki, Azərbaycanın xarici işlər naziri Əfqanıstana humanitar kömək göstərilməsi ilə bağlı iclasda iştirak edəcək - Pakistan səfiri

Siyasət Materials 16 Dekabr 2021 16:25 (UTC +04:00)
Şadam ki, Azərbaycanın xarici işlər naziri Əfqanıstana humanitar kömək göstərilməsi ilə bağlı iclasda iştirak edəcək - Pakistan səfiri

Bakı. Trend:

Şadam ki, Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstana humanitar kömək göstərilməsi ilə bağlı növbədənkənar iclasında iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi brifinq zamanı deyib.

O bildirib ki, İƏT nazirlərin növbədənkənar iclasını keçirməyi Pakistana təklif edib.

"Bu tarixi görüşün məqsədi Əfqanıstan əhalisinə aclığın öhdəsindən gəlməyə kömək etməkdir. Ölkə əhalisinin yarısından çoxu aclıqla üzləşib, iqtisadiyyatın 40 faizi məhv olunub", - deyə səfir bildirib.

O əlavə edib ki, Əfqanıstana mümkün qədər tez beynəlxalq yardım göstərmək lazımdır.

"Pakistan artıq Əfqanıstana 30 milyon dollar məbləğində humanitar yardım ayırıb. Mən şadam ki, Azərbaycanın xarici işlər naziri bu görüşdə iştirak edəcək", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti