...

Zəngəzur dəhlizi Avrasiya məkanı üçün tarixi imkanlar açır - Vüqar Xəlilov

Siyasət Materials 20 Dekabr 2021 17:05 (UTC +04:00)
Zəngəzur dəhlizi Avrasiya məkanı üçün tarixi imkanlar açır - Vüqar Xəlilov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Zəngəzur dəhlizi Avrasiya məkanı üçün tarixi imkanlar açır və dövlətlər, regional təşkilatlar arasında əməkdaşklıq üçün real şərtlər yaradır.

Trend-in məlumatına görə, bunu CBC telekanalının baş direktoru Vüqar Xəlilov "Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər" adlı beynəlxalq dəyirmi masa zamanı deyib.

"Bu dəhlizin reallaşdırılması Rusiya və Çin üçün strateji əhəmiyyət daşıyan, Avropa və Asiyanı birləşdirən yolların istismarına imkan verir ki, bütün bunlar iqtisadi səmərə verəcək. Zəngəzur dəhlizinin açılması Xəzər nəqliyyat şəbəkəsini daha da gücləndirəcək", - deyə o bildirib.

Baş direktor qeyd edib ki, Qarabağda bərpa işləri sürətli templə davam edir, artıq Füzuli beynəlxalq hava limanı fəaliyyət göstərir, "Zəfər yolu" istifadə olunur.

"Bundan başqa, Soçi və Brüsseldə yüksək səviyyədə danışıqlar keçirildi, bu görüşlərdə Prezident İlham Əliyevin mövqeyi Ermənistana nəqliyyat kommunikasiyalarının açılmasına razılaşmaqdan başqa çıxış yolu qoymadı", - V.Xəlilov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti