...

Cənubi Qafqazda sülh təkcə Azərbaycanla Ermənistana deyil, hər bir ölkəyə lazımdır - İsmayıl Ağakişiyev

Siyasət Materials 21 Dekabr 2021 12:07 (UTC +04:00)
Cənubi Qafqazda sülh təkcə Azərbaycanla Ermənistana deyil, hər bir ölkəyə lazımdır - İsmayıl Ağakişiyev

Bakı. Sədrəddin Ağcayev - Trend:

Cənubi Qafqazda sülh təkcə Azərbaycanla Ermənistana deyil, hər bir ölkəyə lazımdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın "Konsaltinq-Analitika-Piar" Şirkətlər İttifaqının prezidenti İsmayıl Ağakişiyev "Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər" adlı beynəlxalq dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, erməni xalqının böyük hissəsi sülh və sabitlikdə maraqlıdır.

"Erməni xalqını bir məsələ ciddi düşündürür - öz ailəsini təmin edə bilmək. Azərbaycan və Ermənistan xalqları arasında dialoq vacibdir. Dialoqun inkişafına ziyalı təbəqə, Rusiyanın yaradıcı ziyalıları, Rusiya biznes nümayəndələri, eləcə də Azərbaycanın iş adamları və ziyalıları, Ermənistanın iş adamları və ziyalıları kömək etməlidir. Bu tərəflər arasında dialoq üçün Bakıda, Moskvada, Yerevanda məkanlar mövcuddur. Fikrimcə, məhz bu formatda fəal dialoq aparmaq lazımdır. Cənubi Qafqazda sülh təkcə Azərbaycanla Ermənistana deyil, hər bir ölkəyə lazımdır. Regionda sabitlik olmadan, heç bir regional və digər layihələr olmayacaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti