...

Qarabağ ərazisi döyüş meydanından böyük yenidənqurma məkanına çevrilib - Bisera Turkoviç

Siyasət Materials 23 Dekabr 2021 13:33 (UTC +04:00)
Qarabağ ərazisi döyüş meydanından böyük yenidənqurma məkanına çevrilib - Bisera Turkoviç

Bakı. Elçin Mehdiyev - Trend:

Çox sevindirici haldır ki, Qarabağ ərazisi döyüş meydanından böyük tikinti və yenidənqurma məkanına çevrilib.

Trend-in məlumatına görə, bunu Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ölkəsinin parlamenti bununla bağlı qətnamə qəbul edib: “Azərbaycan da Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti