...

Biz Cənubi Qafqazda konkret nəqliyyat layihələrinin işə salınmasına doğru addımlayırıq - Zaxarova

Siyasət Materials 24 Dekabr 2021 15:38 (UTC +04:00)
Biz Cənubi Qafqazda konkret nəqliyyat layihələrinin işə salınmasına doğru addımlayırıq - Zaxarova

Bakı. Trend:

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə razılığa gəldiyi kimi, konkret nəqliyyat layihələrinin işə salınmasına doğru addımlayırıq.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Brüssel görüşünün yekununda səsləndirilən təşəbbüslər bu ilin 26 noyabr tarixli üçtərəfli razılaşmaları inkişaf etdirir. Bu təşəbbüslərin predmet müzakirələri baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli işçi qrupunun xətti ilə davam edir. Bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat, iqtisadi əlaqələrin, o cümlədən dəmiryol və avtomobil əlaqəsinin açılması məsələləri nəzərdən keçirilir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti