...

Qarabağda hər bir bölgənin bir klaster ətrafında təmərküzləşməsi üçün potensialı var - Emin Hüseynov

Siyasət Materials 24 Dekabr 2021 16:05 (UTC +04:00)
Qarabağda hər bir bölgənin bir klaster ətrafında təmərküzləşməsi üçün potensialı var - Emin Hüseynov

Bakı. Çingiz Səfərli - Trend:

İşğaldan azad olunan ərazilərin iki iqtisadi rayon arasında bölüşdürülməsi vacib amildir.

Trend xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident: Zəfərə davam, zəfərə inam" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu iqtisadi rayonlara daxil olan inzibati rayonların müqayisəli üstünlüklərini, ənənəvi iqtisadi fəaliyyət sahələrini, faydalı qazıntılarını, iqlimini nəzərə alaraq görürük ki, hər bir bölgənin bir klaster ətrafında təmərküzləşməsi üçün potensialı var. Bu, o deməkdir ki, gələcəkdə bu iqtisadi rayonlarda istehsal proseslərinin qurulması üçün yüksək rəqabətqabiliyyətlilik olacaq. Maya dəyərinin və istehsal xərclərinin aşağı olması hesabına həmin rəqabətqabiliyyətlilik həm daxili, həm də xarici bazarda reallaşdırıla bilər.

E.Hüseynov qeyd edib ki, bölgədə 4 klaster mərkəzi mövcuddur.

"Bu, Ağdamda sənaye, Cəbrayılda logistika, ticarət, tranzit, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə isə mədənçilik və turizm klasteridir. Bu klasterlər iki-iki olmaqla, hər iki iqtisadi rayonda var. Bu potensialı reallaşdırmaq üçün hər bir iqtisadi rayonda bir ədəd sənaye parkı salınıb. Bunlar Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarıdır.

Sənaye parklarında gələcəkdə vətəndaşlarımızın qayıdışı zamanı iş yerlərinin yaradılması istiqamətində işlər aparılır. Rezidentlər artıq Ağdam Sənaye parkında öz zavodlarının inşasına başlayıblar. 28 ildən sonra Ağdamda sənaye potensialının tarixi şöhrəti özünə qaytarılır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti