...

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bu gün güclü Azərbaycan var, Ermənistan reallıqları qəbul etməlidir - Rufiz Hafizoğlu (FOTO/VİDEO)

Siyasət Materials 7 Fevral 2022 18:37 (UTC +04:00)
Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bu gün güclü Azərbaycan var, Ermənistan reallıqları qəbul etməlidir - Rufiz Hafizoğlu (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısı çox önəmlidir. Bu tipli görüşlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil.

Trend xəbər verir ki, bu sözləri "Space" TV-yə müsahibəsində Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

R.Hafizoğlu bildirib ki, Azərbaycan qazının Avropa bazarına çıxması xüsusi vurğulanmalıdır. Artıq Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olduğunu isbatlayıb.

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü də şərh edən R.Hafizoğlu əlavə edib ki, Azərbaycan hər zaman dialoq tərəfdarı olduğunu açıq şəkildə bəyan edib.

"Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bu gün güclü Azərbaycan var. Qarabağ münaqişəsi artıq həll olunub, buna görə də Ermənistan Azərbaycanın diqtə etdiyi reallıqları qəbul etməlidir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti