...

NATO Rusiya ilə məsələdə siyasi həll yollarını tapmağa hədəflənib - Yens Stoltenberq

Siyasət Materials 9 Fevral 2022 06:51 (UTC +04:00)
NATO Rusiya ilə məsələdə siyasi həll yollarını tapmağa hədəflənib - Yens Stoltenberq

Bakı. Trend:

NATO Rusiya ilə bağlı məsələdə siyasi həll yollarını tapmağa ciddi hədəflənib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Serbiyanın "Vesti" kanalına müsahibəsində bildirib.

O, alyans tərəfindən Rusiyaya konkret təkliflərin təqdim olunduğunu qeyd edib.

"Biz silahlara nəzarət, hərbi sahədə şəffaflıq, raketlər və bir çox başqa məsələləri müzakirə etməyə hazırıq. Biz Rusiyanı müxtəlif məsələlərdə onun narahatlığını dinləyəcək və siyasi yollarla yaranmış vəziyyətdən çıxış yolunu tapa biləcəyimiz Rusiya-NATO formatında Şuraya dəvət etdik", - Y. Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, NATO-nun məqsədi sülhü qorumaq və üzvləri müdafiə etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti