...

IX Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin birinci iclası keçirilib (FOTO)

Siyasət Materials 16 Fevral 2022 13:53 (UTC +04:00)
IX Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin birinci iclası keçirilib (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2022-ci ildə Azərbaycanın paytaxtı Bakıda “Qlobal Dayanıqlıq və Əməkdaşlıq” möbzusunda keçiriləcək IX Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin 1-ci iclasını keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvilinin sədrliyi ilə keçirilən görüşə Mavrikiyanın 2015-2019-cu illərdə prezidenti Ameenah Qurib-Fakim, Latviyanın 2007-2011-ci illərdə prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın 2001-2002 Baş naziri, 2012-2015 Baş nazir müavini Zlatko Laqumdziya, 2005-2010 Ukraynanın birinci xanımı Katerina Yuşşenko, 2008, 2009-2011 Belçikanın Baş naziri Yves Leterme, Robert F Kennedi İnsan Hüquqları Fondun Prezidenti Kerri Kennedi, 2006-2009 İsrail Xarici İşlər Naziri Tzipi Livni, 2001-2011 Ərəb Liqasının Baş Katibi Amre Moussa, Amerika Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti Syuzan Elliott, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və NGIC-in baş katibi Rövşən Muradov, NGIC baş katibinin müavini İlahə İbrahimli qatılıb.

Qlobal səhiyyə idarəçiliyi, iqlim dəyişikliyi, miqrasiya, Qarabağ və Balkanlarda münaqişədən sonrakı təcrübələr, Avropanın enerji təhlükəsizliyi və daha dayanıqlı dünyanın necə qurulması müzakirə mövzularından olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti