...

Xocalı soyqırımını törədənlərin tutulub cəzalandırılması təmin edilməlidir - Deputat

Siyasət Materials 25 Fevral 2022 11:50 (UTC +04:00)
Xocalı soyqırımını törədənlərin tutulub cəzalandırılması təmin edilməlidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Xocalı soyqırımını törədilməsinə görə məsuliyyət daşıyan şəxslər tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması təmin edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

M.Quliyev bildirib ki, iyirminci əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir.

“Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır. Xocalı soyqırımı həm də, erməni daşnak faşizminin mahiyyətidir, sübutudur”, - deyə M.Quliyev bildirib.

O qeyd edib ki, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə soyqırımı qurbanlarının ailə üzvlərindən və Azərbaycan dövlətindən rəsmi üzr istənilməli, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminat verilməli və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti