...

BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər (FОТО)

Siyasət Materials 13 Mart 2022 00:21 (UTC +04:00)
BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər (FОТО)

Bakı. Trend:

BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov öz "Twitter" səhifəsində yazıb.

"BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər. Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib", - E. Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti