...

Türkiyə NATO-nun vacib müttəfiqidir - Niderlandın baş naziri

Siyasət Materials 22 Mart 2022 22:29 (UTC +04:00)
Türkiyə NATO-nun vacib müttəfiqidir - Niderlandın baş naziri

Bakı. Trend:

Türkiyənin NATO üçün böyük siyasi və hərbi əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Hollandiyalı baş nazir Türkiyənin Rusiya-Ukrayna nizamlanması üzrə vasitəçilik səylərini alqışlayıb.

"Ankara Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda əsas rol oynayır. Bu rolu üzərinə götürdüyü üçün Rəcəb Tayyip Ərdoğana təşəkkür edirəm", - M.Rutte bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti