...

Qarabağda qəza səbəbindən qazın kəsilməsinin siyasiləşdirilməsi yolverilməzdir - Deputat

Siyasət Materials 23 Mart 2022 17:42 (UTC +04:00)
Qarabağda qəza səbəbindən qazın kəsilməsinin siyasiləşdirilməsi yolverilməzdir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda qəza səbəbindən qazın verilməsinin dayandırılmasını şouya çevirərək siyasiləşdirilməsi yolverilməzdir. Qaz fiziki xətlərlə nəql olunur. Ona görə də təbii hadisələrin təsiri fiziki xətlərdə texnogen qəzaların baş verməsinə səbəb olur. Belə qəzalar dünyanın hər bir ölkəsində baş verir. Qəzanın səviyyəsindən və baş vermə yerindən asıllı olaraq onun aradan qaldırılması üçün müəyyən zamana ehtiyac duyulur.

Bunu Trend-ə Milli məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə üzrə qazlaşma 97% keçməsinə baxmayaraq, elə dağlıq rayonlarımız var ki, o ərazilərdə qazlaşma ümumi respublika səviyyəsindən kifayət qədər aşağıdır. Məsələn, dəniz səviyyəsindən 1500 metrə qədər yüksəklikdə yerləşən Qusarda, Gədəbəydə və Lerikdə qazlaşma daha aşağı səviyyədədir. Dövlətimiz bu ərazilərdə də qazlaşdırmanı davam etdirir.

"Xankəndi və onun ətrafı yaşayış məntəqələri də Azərbaycanın əraziləridir. Bu ərazilərin qazla təchizatında problemin yaranmasını siyasiləşdirmək və beynəlxalq səviyyədə problemə çevirmək, ümumiyyətlə, məntiqsizdir. Çünki, bu ərazilər ermənilərin işğalı altında olduğu illərdə də belə problemlər olurdu və heç kim də səsini belə çıxartmırdı.

Amma onu da qeyd etməliyəm ki, ermənilər torpaqlarımızı işğal altında saxladıqları dövürdə Sərsəng su anbarından suyu qışda buraxaraq süni daşqınlar yaradırdı. Suya ehtiyac olanda, yayda isə suyun qabağını kəsərək süni quraqlıq yaradırdı. O cümlədən, Azərbaycana axan çayların zəhərli maddələrlə çirkləndirilməsini aparırdı, meşələrini qırarak ekoloji terror həyata keçirirdi. Biz bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırsaq da, heç kim Eermənistana təsir etmədi və hətta güldən ağır söz demədi. Həmin dairələr isə indi Xankəndiyə gedən magistral qaz xəttində qəzanın baş verməsini əlinə bayraq alıb şou yaratmaları gülməlidir və ikili standartlardan başqa bir şey deyil. Əgər ikili standartlar olmasaydı, Qarabağ münaqişəsi də 30 ilədək uzanmazdı. Çünki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanımışdır və Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin qətnamələrini icra etdirməli idi. Həm də torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin dağıdıb məhv və təhqir etdiyi dini-mədəni, tarixi abidələrimiz haqqında səslərini çıxardardılar. Ermənistana dəstəyini nümayiş edənlər bilməlidirlər ki, Xankəndi də, Laçın dəhlizi də Azərbaycanın suveren əraziləridirlər. Ermənistanın daxili işlərimizə qarışmasına heç bir haqqı yoxdur. Azərbaycan öz texniki imkanları çərçivəsində qəzaları ardan qaldırır. Belə qəzaların tez bir zamanda həll olunması və fasiləsiz qazla, işıqla və su ilə təchiz edilməsi üçün vəziyyəti süni gərginləşdirən ərazilərimizdə qalan erməni hərbi birləşmələridir. Erməni hərbi birləşmələri ərazilərimizi nə qədər tez tərk edərlərsə və Xankəndidə, onun ətrafında yaşayan ermənilər Azərbaycan qanunlarına nə qədər tez riayət etsələr, belə qəzalar da qısa bir zmanda aradan qaldırılar", - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti